Əli Əsədov xanım prezidentlə görüşdü 

15:38 15.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tbilisidə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 15-də Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

 

Nazirlər Kabinetindən hafta.az-a verilən məlumata görə, Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidentinə çatdırıb.

 

Bildirilib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin geniş gündəliyi var. İki ölkə arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğu vurğulanıb.

 

Azərbaycan Prezidentinin cari ilin oktyabrında Gürcüstana səfərinin əhəmiyyəti qeyd edildi. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb. Həmçinin Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçirilən 9-cu iclasının önəmi qeyd edilib. Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.

Siyasət rubrikasından digər xəbərlər